İDMAN


“Neftçi” klubu beş futbolçusu ilə yollarını ayırıb

Bakı, 13 iyun, AZƏRTAC

“Neftçi” klubu beş futbolçusu ilə yollarını ayırıb

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, “Neftçi”nin rəhbərliyi Rəşad Sadiqov, İqnasio Errera, Derlis Meza Kolli və Elnur Cəfərov ilə müqaviləni yeniləməyib. İlkin Qırtımovla müqaviləyə isə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, ötən mövsüm İqnasio Errera 33 oyunda 8 qolla yadda qalıb. Həmçinin Derlis Meza Kolli 30 oyuna, Rəşad Sadiqov isə 24 oyuna 1 qol vurub. Elnur Cəfərov isə 9 oyuna 2 dəfə fərqlənib. İlkin Qırtımov 8 oyunda meydana çıxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.