İDMAN


“Neftçi” klubu qapıçı Kamran İbrahimov ilə yeni müqavilə imzalayıb

Bakı, 3 iyun, AZƏRTAC

“Neftçi” klubu daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, qapıçı Kamran İbrahimovun daha iki il paytaxt təmsilçisinin heyətində qalmasına dair müqavilə imzalanıb. İyirmi yaşlı qolkiper 2022-ci il mayın sonunadək “ağ-qaralar”ın formasını geyinəcək.

Flaqman daha əvvəl Anton Krivotsyuk, Emin Mahmudov və Ömər Buludov ilə də yeni müqavilələr imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.