İDMAN
“Neftçi” komandası “Speranta” ilə oyunda birinci hissədən sonra 2:0 hesabı ilə irəlidədir
Bakı, 11 iyul, AZƏRTAC
İyulun 11-də UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi”-“Speranta” oyununun ilk hissəsi komandamızın 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
AZƏRTAC xəbər verir ki, ilk dəqiqələrdən irəli atılan Bakı təmsilçisi rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. “Neftçi” istəyinə matçın 16-cı dəqiqəsində nail olub. Rauf Əliyevə qarşı kobud oyuna görə rəqibin qapısına 11 metrlik cərimə zərbəsi təyin edilib. Emin Mahmudov zərbəni dəqiq yerinə yetirib - 1:0. Oyunun 36-cı dəqiqəsində Dario Frederikonun ötürməsindən sonra Stiven-Jozef Monroz hesab arasındakı fərqi iki topa çatdırıb - 2:0.
Beləliklə, oyunun ilk hissəsi “Neftçi”nin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [21:19]
Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib
- 10.05.2024 [19:39]
Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb
- 10.05.2024 [19:11]
İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu
- 10.05.2024 [18:32]
Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim
- 10.05.2024 [18:21]
İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır
- 10.05.2024 [18:14]
Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq
- 10.05.2024 [17:57]