İDMAN


“Neftçi” və “Qarabağ” klubları ölkə çempionatlarında 100-dən çox böyük hesablı qələbə qazanıblar

Bakı, 30 may, Nicat Məmmədov, AZƏRTAC

Azərbaycan çempionatları tarixində 913 oyun böyük hesablı nəticə ilə başa çatıb.

AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, 1992-ci ildən keçirilən çempionatlarda ən çox böyük hesablı qələbə qazanan komanda “Neftçi”dir. Bakılılar 127 dəfə rəqibini 3 və ya daha çox top fərqi ilə məğlub ediblər. Daha bir komandanın hesabında 100-dən çox böyük hesablı qələbə var. “Qarabağ” komandası 107 matçda buna nail olub.

Ən çox böyük hesablı qələbə qazanan komandaların siyahısında sonrakı yerləri “Kəpəz” (93), “Turan” (59), “Keşlə” (53), “Bakı” (52), “Xəzər Lənkəran” (42), “Şəmkir” (38), “Xəzər” Sumqayıt və “Qəbələ” (31) komandalarıdır.

Üç və ya daha çox top fərqi ilə məğlubiyyət sayında antirekord MOİK-ə məxsusdur. Paytaxt təmsilçisi 52 dəfə böyük hesabla məğlub olub. Qusarın “Şahdağ” komandası ikinci (45), “Turan” (44) isə üçüncüdür.

Ən çox böyük hesablı məğlubiyyətlə üzləşən komandaların siyahısında isə sonrakı yerləri aşağıdakı komandalar tuturlar: “Kəpəz” (40), “Bakı” (37), “Xəzər” Sumqayıt (36), “Şəfa” (30), “Qəbələ” (27), “Viləş”, “Pambıqçı” B, “Kürmük”, “Bakılı” (hər biri 26 dəfə).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.