İQTİSADİYYAT


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada səfərdədir

Bakı, 14 avqust, AZƏRTAC

Rusiya Federasiyasının Nəqliyyat naziri Yevgeni Ditrixin dəvəti ilə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Soçi şəhərində səfərdədir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ölkəmizin nümayəndə heyəti Azərbaycan, İran və Rusiyanın nəqliyyat nazirlərinin üçtərəfli görüşündə iştirak edib.

Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Xəzər dənizinin qərb sahillərindən keçən marşrutu ilə beynəlxalq yük daşımalarının həcminin artırılması, daşımaların asanlaşdırılması və bu sahədə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi istiqamətində görüləcək birgə tədbirlər müzakirə olunub.

Səfər çərçivəsində Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə Rusiyanın Nəqliyyat naziri Yevgeni Ditrix, o cümlədən İran İslam Respublikasının Yollar və Şəhərsalma naziri Məhəmməd Eslami arasında keçirilmiş ikitərəfli görüşlərdə nəqliyyat və tranzit daşımalar sahəsində qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.