CƏMİYYƏT


Nərimanov rayonunda “Mercedes” markalı avtomobilin vurduğu piyada ölüb

Bakı, 23 iyun, AZƏRTAC 

Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 23-də saat 01 radələrində Nərimanov rayonu ərazisində yolu keçən paytaxt sakini Əlqamət Zeynalovu Bakı şəhər sakini S.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.