REGİONLAR


“Nəsimi ili” çərçivəsində silsilə tədbirlər keçirilib

Sumqayıt, 16 may, Ətrabə Rzayeva, AZƏRTAC

Prezident İlham Əliyevin məlum Sərəncamının icrasını təmin etmək məqsədilə Sumqayıt Regional Mədəniyyət idarəsinin tabeliyindəki müəssisələrdə böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubiley tədbirləri keçirilib.

AZƏRTAC xəbər verir ki, Xızı rayon Heydər Əliyev Mərkəzində mədəniyyət və təhsil işçilərinin, məktəblilərin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin baş məsləhətçisi Mönsüm Bağırov böyük şairin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən söz açıb.

Daha sonra çıxış edənlər Nəsiminin həyat və yaradıcılığı, keçdiyi dərin və mürəkkəb həyat yolundan, mübarizəsindən bəhs ediblər.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin və Mərkəzi Kitabxananın birgə hazırladığı sərgi ilə tanış olub, “Nəsimi” filmini izləyiblər.

Həmçinin “Nəsimi ili” çərçivəsində Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbində rəssamlıq şöbəsinin şagirdləri arasında “Nəsimi uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi keçirilib. Müsabiqəyə ümumilikdə 15 rəsm əsəri təqdim olunub. Sərgidə fərqlənən 5 nəfər iştirakçıya- Aynur Bayramlı, Zəhra Şıxıyeva, Mədinə İbizadə, Zəhra Həsənli və Aysel Məhərrəmova məktəbin fəxri fərmanı ilə təltif ediliblər.

Eyni zamanda “Nəsimi ili” çərçivəsində Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasında seminar, kitab sərgisi, dəyirmi masa, Zəngilan Kənd klubunda şeir müsabiqəsi keçirilib. Qaliblər diplomla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.