CƏMİYYƏT


Nəsimi rayonunun Bakıxanov küçəsində yerləşən parkda baş verən yanğın söndürülüb

Bakı, 6 avqust, AZƏRTAC 

Nəsimi rayonu ərazisində Abbasqulu ağa Bakıxanov küçəsində yerləşən parkda baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində təqribən bir hektar ərazidə ağaclıq və quru ot yanıb. Alovun qarşısı Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.