Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Nəsirəddin Tusinin 820 illik yubileyinə həsr olunmuş elmi konfrans başa çatıb

Naxçıvan, 17 fevral, AZƏRTAC

Elmin 20-dən artıq sahəsində olduqca zəngin və fundamental tədqiqatların müəllifi olan Məhəmməd Nəsirəddin Tusi 200-dən artıq elmi əsərin müəllifidir. Alimin tərtib etdiyi astronomik cədvəllər, yeni bir qitənin mövcudluğu ilə bağlı bildirdiyi proqnoz və 256 şəhərin coğrafi koordinatlarını verməsi xüsusi əhəmiyyətə malikdir.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu sözləri böyük Azərbaycan alimi və mütəfəkkiri Məhəmməd Nəsirəddin Tusinin həyat və fəaliyyətinə həsr olunmuş elmi konfransda çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev deyib.

Nəsirəddin Tusi yaradıcılığına nəzər salan akademik deyib ki, bu gün 820 illik yubileyi keçirilən böyük Azərbaycan alimi həm humanitar, həm də dəqiq elmlər sahəsində olduqca mühüm əsərlərin müəllifidir. Onun tarix, hüquq, fəlsəfə, əxlaq normaları, tibb, riyaziyyat, astronomiya, fizika və digər sahələrdə ərsəyə gətirdiyi əsərlər əhatə etdiyi mövzular və tədqiqatların genişliyi ilə seçilir. Dahi mütəfəkkir Nəsirəddin Tusi dövlətçilik tarixi ilə bağlı ilk fikir söyləyən elm xadimlərindən biridir.

Daha sonra bölmənin Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev “Bəşəri düha Nəsirəddin Tusinin həyatı və fəaliyyətindən bəzi epizodlar” mövzusunda məruzə edib. Dahi azərbaycanlı mütəfəkkirin həyatı və elmi fəaliyyəti haqqında məlumat verən məruzəçi bildirib ki, bu elm fədaisi hələ uşaq yaşlarından yüksək əqli keyfiyyətləri və çalışqanlığı ilə fərqlənib, biliklərini daha da dərinləşdirmək üçün dövrünün tanınmış elm mərkəzlərində təhsil alıb. Elmə, biliyə göstərdiyi həvəs Tusinin görkəmli alim, filosof və bacarıqlı dövlət xadimi kimi formalaşmasına səbəb olub. Məruzədə Tusinin həm alim, həm də ictimai xadim kimi fəaliyyətindən bəhs olunub, müasirlərinin alim haqqındakı bəzi fikirləri diqqətə çatdırılıb.

“Ordubad şəhərində yaşayan Tusi nəslinə aid epiqrafik məlumatlar” mövzusunda məruzə edən AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli orta əsr Azərbaycan mədəni mühitinin yetirməsi olmuş Nəsrəddin Tusinin nəsil-şəcərəsi haqqında məlumat verib. “Nəsirəddin Tusinin sələflərinin və хələflərinin Həmədan, Marağa, Naхçıvan, Ordubad və başqa şəhərlərdə yaşaması tariхşünaslığımızda təsdiq və qəbul olunan faktlardandır”, - deyən alim bildirib ki, tədqiq olunan bir sıra qaynaqlarda, o cümlədən müsəlman еpiqrafikası abidələrində “Nəsiri Tusi” adı ilə хatırlanan bu nəslin nümayəndələri orta əsrlərdə böyük nüfuza malik olub, dövlət idarəçiliyində mühüm vəzifələr tutublar.

Hacıfəxrəddin Səfərli Ordubad şəhərində bu günədək qalan bir nеçə müsəlman kitabəsində Tusi nəslinin adının, eləcə də həmin nəslin nümayəndələri ilə bağlı bir sıra еpiqrafik faktların mövcudluğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, bu nəslə mənsub insanların böyük bir qismi orta əsrlər zamanı Ordubad şəhərində və onun yaхınlığında yеrləşən Vənənd kəndində yaşayıb və hazırda da burada yaşamaqdadırlar.

Konfransda bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru dosent Ramiz Qasımovun “Şair və ədəbiyyatşünas Nəsirəddin Tusi” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi Tusinin bacarıqlı elm və ictimai xadim olmaqla yanaşı, həmçinin çox incə şairlik istedadına sahib olduğunu, yazdığı bədii nümunələrin fəlsəfi, didaktik, nəsihətamiz məzmunu ilə seçildiyini bildirib. Alimin yaradıcılığında Şərq şeirinin bütün xüsusiyyətlərinin təcəssümünə, söz və fikirlərin biri-birini tamamlamasına diqqət çəkən tədqiqatçı onun yaradıcılığının şedevrlərindən hesab olunan “Əxlaqi-Nasiri” əsəri ilə bağlı da məlumat verib. Əsərin adının “Oxunması zəruri olan kitabların siyahısı”nda olduğunu deyən Ramiz Qasımov onun cəmiyyətin maariflənməsində daşıdığı önəmdən bəhs edib.

Sonra Naxçıvan Bölməsi Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev Nəsirəddin Tusinin astronomik irsi haqqında məruzə edib. Məruzədə qeyd olunub ki, Tusinin XIII əsrdə astronomiya elmində əldə etdiyi elmi nəticələr həmin dövrdə astronomik bilikləri inkişaf etdirməklə yanaşı, bu elmin sonrakı inkişafında da çox mühüm rol oynayıb. Tusinin rəhbərliyi ilə yaradılmış Marağa rəsədxanası dövrünün ən qabaqcıl elm ocaqlarından biri olub, burada görkəmli alimin rəhbərliyi ilə astronomiya və riyaziyyat sahəsində aparılan tədqiqatların nəticələri sonralar Şərqdə və Avropada geniş tətbiq edilib. Dünyanın əksər tanınmış rəsədxanalarında istifadə olunan cihazların böyük bir qismi məhz Nəsirəddin Tusinin rəhbərliyi ilə Marağa rəsədxanasında hazırlanmış cihazların prototipidir.

Konfransda Marağa rəsədxanası, orada istifadə olunmuş bəzi cihazlar və alimin elmə gətirdiyi yeniliklərdən ibarət slayd nümayiş etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib