SİYASƏT


“News24hours”: Prezident İlham Əliyev Ermənistana xəbərdarlıq edib

Buxarest, 21 sentyabr, AZƏRTAC

Rumıniyanın populyar “News24hours” xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak etməsi barədə yazıb.

AZƏRTAC xəbər verir ki, portal dövlətimizin başçısının mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə fikirlərinə geniş yer ayırıb.

Portal yazır ki, Prezident İlham Əliyev Ermənistanın aqressiv dövlət olduğunu, bunun Azərbaycana, azərbaycanlılara qarşı aramsız təxribatlarda özünü bir daha göstərdiyini vurğulayıb. Xəbərdarlıq edib ki, Ermənistan çirkin planlarından əl çəkməsə, bu, onlar üçün çox ağır nəticələr verəcək.

“News24hours” Ermənistanın işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşdırma aparması, təcavüzkar ölkənin cəfəng şərtlər irəli sürərək danışıqlar prosesini pozması, hərbi təxribatların davam edəcəyi təqdirdə işğalçılara daha sərt cavab veriləcəyi barədə Azərbaycan Prezidentinin fikirlərini də Rumıniya ictimaiyyətinə çatdırıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.