DÜNYA


“Nissan” şirkətinin satışı qalmaqala görə kəskin şəkildə azalıb

Tokio, 2 noyabr, AZƏRTAC 

Yaponiyanın tanınmış avtomobil istehsalçısı olan “Nissan” şirkətinin oktyabrda satışı qalmaqal nəticəsində ölkə daxilində ticarətin dayandırılması səbəbindən kəskin azalıb.

AZƏRTAC xəbər verir ki, şirkətin rəsmi nümayəndələrinin bildirdiklərinə görə, yerli müəssisələrdə qeyri-peşəkar əməkdaşların apardıqları yoxlamalar bu barədə faktlar hökumət tərəfindən aşkarlandıqdan sonra da davam etdirilib.

Yaponiya Avtomobil Dilerləri Assosiasiyası xəbər verir ki, ötən ay “Nissan” cəmi 22 min avtomobil satıb. Bu, ötən ilin həmin dövrü ilə müqayisədə 43 faiz azdır.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.