MƏDƏNİYYƏT
“Nizami Gəncəvi İli”nə həsr olunmuş rəsm müsabiqəsinə start verilib
Bakı, 4 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclər Təşkilatı (ADRA TGT) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi İli”nə həsr olunmuş rəsm müsabiqəsinə start verib.
ADRA-dan AZƏRTAC-a bildirilib ki, müsabiqəyə təqdim olunacaq əsərlərin mövzusu Nizami Gəncəvinin əsərləri və yaradıcılığı ilə əlaqədar olmalıdır. İşlər fevralın 7-dək qəbul olunur. Müsabiqədə 14-29 yaş arasında gənclər iştirak edə bilər. Hər iştirakçı yalnız bir əsər ilə müsabiqəyə qoşula bilər. Ölçü və işləmə texnikası tamamilə sərbəstdir, əsər orijinal olmalıdır.
Qeyd edək ki, ilk 3 yeri qazanmış şəxsə ATGTİ və ADRA TGT tərəfindən diplom təqdim ediləcək. Müsabiqənin münsiflər heyəti yaxın günlərdə açıqlanacaq. Əlavə məlumatı [email protected] ünvanına məktub yazaraq və ya +994(99)3580004 nömrəsi ilə “WhatsApp”da əlaqə saxlayaraq almaq mümkündür.