CƏMİYYƏT


Nizami və Nərimanov rayonlarında parklanma qaydalarını pozan 180-dən artıq sürücü cərimələnib VİDEO

Bakı, 27 yanvar, AZƏRTAC

Paytaxtda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar növbəti reyd Nizami Rayon Polis İdarəsinin dövlət yol polisi şöbəsinin əməkdaşları tərəfindən metronun “Qara Qarayev”, “Neftçilər” və “Xalqlar dostluğu” stansiyalarının yaxınlığında keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, gün ərzində keçirilən reydlərdə 86 sürücü barəsində inzibati protokol tərtib edilib. Nizami rayonunda keçirilən reydlər zamanı qanunsuz olaraq parklanma xidməti təşkil edən 14 şəxs də müəyyən edilib. Onlar da inzibati məsuliyyətə cəlb olunublar.

Analoji tədbir Nərimanov rayonu ərazisində də keçirilib. Nərimanov Rayon Polis İdarəsinin dövlət yol polisi şöbəsinin əməkdaşları tərəfindən rayonun müxtəlif ərazilərində avtomobillərini əsasən səkilərdə qanunsuz olaraq saxlayan və bununla da piyadaların hərəkətinə maneə yaradan sürücülər müəyyən ediliblər. Həmin qayda pozuntularına yol verən 81 sürücü barəsində inzibati protokol tərtib olunub.

Bu istiqamətdə reydlər mütəmadi qaydada davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.