İDMAN


Noha Abuşabana: Gələn il Bakıda keçiriləcək dünya çempionatını səbirsizliklə gözləyirəm VİDEO

Bakı, 2 dekabr, AZƏRTAC

Bakıda gimnastika üzrə irimiqyaslı yarışların təşkili idmanın bu növünün təkcə Avropada deyil, bütün dünyada inkişafına təkan verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Texniki Komitəsinin vitse-prezidenti Noha Abuşabana deyib.

Vitse-prezident bildirib ki, Bakıda keçirilən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresində seçki prosedurana dəyişikliklər, yeni ölkələrin quruma üzv olması, növbəti konqresin yeri, həmçinin maliyyə məsələləri müzakirə olunur. Ümid edirəm ki, qəbul edəcəyimiz qərarlar gimnastikanın daha da populyarlaşmasına xidmət edəcək.

“Gələn il Bakı bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək. Hamı kimi mən də, çempionatı səbirsizliklə gözləyirəm. Həmin çempionatda dünyanın ən güclü gimnastları güclərini nümayiş etdirəcəklər. İndidən deyim ki, bizi maraqlı və həyəcanlı bir yarış gözləyir”,- deyə Noha Abuşabana söyləyib.

Qeyd edək ki, FIG-in Nizamnaməsinə əsasən, ən yüksək ali orqan sayılan Konqresdə 115-dən çox ölkədən 300-ə yaxın nümayəndə iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.