İQTİSADİYYAT
Noyabrda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 551 vətəndaş müraciət edib
Bakı, 7 dekabr, AZƏRTAC
Noyabrda istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) bilavasitə və Energetika Nazirliyindən 551 müraciət daxil olub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, elektrik enerjisi təchizatı ilə bağlı 22-si məlumat xarakterli olmaqla 416 müraciət, təbii qaz təchizatı ilə bağlı 8-i məlumat xarakterli olmaqla 76 müraciət edilib.
İstilik təchizatı ilə bağlı cəmi 11 müraciət daxil olub. Digər məsələlərlə bağlı 6-sı məlumat xarakterli olmaqla 48 müraciət göndərilib.
219 müraciət agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (8 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 2 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 294 müraciət hazırda baxılma prosesindədir, 36 məlumat xarakterli müraciətdən 11-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.