CƏMİYYƏT


Noyabrın 18-dən 24-dək Ümumdünya antibiotiklərin düzgün istifadəsi həftəsi keçiriləcək

Bakı, 8 noyabr, AZƏRTAC

Noyabrın 18-dən 24-dək Ümumdünya antibiotiklərin düzgün istifadəsi həftəsi keçiriləcək. AZƏRTAC Dünya səhiyyə təşkilatının saytına istinadla xəbər verir ki, bu tədbirin məqsədi infeksiyaların antibiotiklərə davamlılığı problemi haqqında bütün dünyada insanların məlumatlılıq səviyyəsini yüksəltmək və geniş ictimaiyyəti, səhiyyə işçilərini və siyasi qərarlar qəbul edən şəxsləri bu problemin daha geniş yayılmasına imkan verməyən qabaqcıl yanaşmaları tətbiq etməyə istiqamətləndirməkdir.

Antibiotiklər kəşf ediləndən sonra bu preparatlar müasir tibbin arsenalında ən güclü vasitələrdən birinə çevrilib. Ancaq tibbdə və baytarlıqda antibiotiklərin çox tez-tez tətbiq edilməsi və onlardan təyinatı üzrə istifadə olunmaması nəticəsində belə preparatlara davamlılıq problemi yaranmışdır. Bu halda tətbiq edilən dərman vasitələri mikroorqanizmlərə, məsələn, bakteriyalara təsir etmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.