ELM VƏ TƏHSİL


Nüfuzlu elmi nəşrlər üzrə mükafatlandırılma qaydalarına dəyişikliklər təsdiqlənib

Nüfuzlu elmi nəşrlər üzrə mükafatlandırılma qaydalarına dəyişikliklər təsdiqlənib

Bakı, 18 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elmi şurasının növbəti iclasında 2018-2019-cu tədris ili üçün “Nüfuzlu elmi nəşrlərdə əsərləri çap edilən UNEC əməkdaşlarının mükafatlandırılması haqqında qaydalar”a dəyişikliklər təsdiqlənib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, yeni dəyişikliklərə əsasən, çap edilən əsərlərdə müəlliflərin iş yerlərini göstərmələri ilə bağlı müəyyənləşdirilmiş qaydalar dəqiqləşdirilib. Dəyişikliklərə əsasən, “Scopus” platformasında yerləşən elmi məruzələrə görə birdəfəlik mükafat nəzərdə tutulub və jurnalların kateqoriyalaşdırılmasında “Web of Science” və “Scopus” platformalarının müəyyənləşdirdiyi “Q1,Q2,Q3,Q4” təsnifatı tətbiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.