DÜNYA


Nümayəndələr Palatası ABŞ hökumətinin işinin dayandırılmasının qarşısının alınması haqqında qanun layihəsini qəbul edib

Vaşinqton, 20 noyabr, AZƏRTAC

Noyabrın 19-da Nümayəndələr Palatası federal agentliklərin xərclərinin qısamüddətli maliyyələşdirilməsi haqqında qanun layihəsini qəbul edib. Bu qanun federal agentliklərin işini daha bir ay davam etdirməyə imkan verəcək. Qanun layihəsinin müəllifləri ümid edirlər ki, bu əlavə vaxt ərzində respublikaçılar və demokratlar növbəti maliyyə ilində 1,4 trilyon dollar məbləğində təxsisatların bölgüsü məsələsi barədə bir-biri ilə razılığa gələ biləcəklər.

AZƏRTAC xəbər verir ki, bu qanun layihəsi Şükranlıq Günündə hökumətin bağlanmasının qarşısını alıb, amma əgər tərəflər razılığa gələ bilməsələr, Milad ərəfəsində hökumətin işi dayandırıla bilər. Konqresin 231 üzvü qanun layihəsinin qəbul edilməsinin lehinə, 192 üzvü bunun əleyhinə səs verib. Sənəd Senata göndərilib. Ehtimal ki, cümə axşamı qanun layihəsi Senat tərəfindən qəbul ediləcək və sonra Prezident Tramp tərəfindən imzalanacaq.

Hökumətin uzunmüddətli maliyyələşdirilməsinə dair qanun layihəsinin qəbul edilməsinin ləngiməsinin əsas səbəbi Trampın ABŞ və Meksika arasında sərhəddə divar tikintisi üçün əlavə vəsait ayrılması haqqında tələbidir. Sərhəddə divar tikintisinin maliyyələşdirilməsi məsələsi barədə keçən il yaranmış fikir ayrılığı bu ilin əvvəlində 35 gün ərzində hökumətin işinin dayandırılması ilə nəticələndi.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.