MƏDƏNİYYƏT


Nur-Sultanda “Etnos günü” festivalında qədim adətlərimiz nümayiş olunub

Nur-Sultan, 23 avqust, AZƏRTAC

Qazaxıstanın paytaxtı Nur-Sultanda “Etnos günü” festivalı çərçivəsində Qafqaz xalqları mədəniyyəti günü keçirilib. Tədbirin əsas məqsədi paytaxtda yaşayan müxtəlif etnik qrupların yaradıcılığının inkişaf etdirilməsi, adət və ənənələrini tanıtmaqdır.

AZƏRTAC xəbər verir ki, Qazaxıstan Xalqlar Assambleyası tərəfindən hazırlanan festivalda Nur-Sultanda fəaliyyət göstərən Azərbaycan Xəzər etnik mədəniyyət mərkəzi xalqımıza aid adət-ənənələri təqdim edib. Soydaşlarımız tərəfindən izləyicilərə elimizin qədim toy adətləri, “xınayaxdı” və “elçilik” təqdim olunub. Bundan başqa tamaşaçılara milli musiqi aləti olan sazda xalq mahnıları ifa edilib.

Festivalda Çeçen-İnquş və Gürcüstanın sosial-mədəni mərkəziləri də milli rəqslərini və mədəniyyətlərini tamaşaçılara sərgiləyiblər.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.