DÜNYA


Nursultan Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Astana, 13 noyabr, АZƏRTAC

Astanada Qazaxıstanın Birinci Prezidenti Fondunun və Dünya İqtisadiyyat və Siyasət İnstitutunun birgə təşkilatçılığı ilə “Astana Klubu”nun IV görüşü keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Prezident Nursultan Nazarbayev beynəlxalq problemlərin müzakirəsində bu cür görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı 2020-ci ildə Astanada Ümumdünya Ticarət Təşkilatı üzvlərinin toplantısının keçiriləcəyini söyləyib. O, Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını və bunun üçün Astanada 2020-ci ildə təhlükəsizlik və əməkdaşlıq mövzusunda konfransın keçirilməsini də təklif edib. Prezidentin sözlərinə görə, bu istiqamətdə danışıqlar 2019-cu ildən başlanmalıdır.

Xatırladaq ki, “Astana Klubu” aparıcı ekspertləri, siyasətçiləri və diplomatları bir araya toplayan beynəlxalq siyasi platformadır. Builki görüşdə 33 ölkədən 50-dən çox nümayəndə iştirak edir.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.