SİYASƏT
OMBUDSMAN NORVEÇƏ GEDİR
Ombudsman Aparatından bildirmişlər ki, “dəyirmi masa”da Avropa ölkələri ombudsmanları “Məhbusların hüquqi statusu”, “Milli azlıqların hüquqi statusu”, “Cəmiyyətin rəsmi sənədlərdən istifadə etmə hüququ” və “Ombudsmanın nüfuzu və məhkəmələr” mövzusunda məsələləri müzakirə edəcəklər. Ombudsmanlar həmin məsələlərin Avropa standartlarına uyğunluğunu araşdıracaqlar.
“Dəyirmi masa” öz işini dörd bölmə iclasında davam etdirəcəkdir. Tədbirin sonuncu günü bölmə iclaslarının nəticələri ümumiləşdirilərək yekun sənədi hazırlanacaqdır. İştirakçılar insan hüquqlarının qorunması və həyata keçirilməsində Ombudsman təsisatının rolunu, yeni iş formaları və üsullarını təhlil edəcək, həmkarlarının iş təcrübəsini, fəaliyyət metodlarını öyrənəcək, təcrübə mübadiləsi aparacaqlar.