CƏMİYYƏT
“ONKOLOJİ YARDIM HAQQINDA” QANUN LAYİHƏSİ BEYNƏLXALQ STANDARTLARA CAVAB VERİR
Bildirilmişdir ki, bədxassəli şişlərdən əziyyət çəkən şəxslərə ixtisaslaşdırılmış tibbi və sosial yardım göstərilməsinin hüquqi əsaslarını müəyyən edəcək bu qanun, Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə, eləcə də respublika ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə, təşkilat-hüquqi formasından asılı olmayaraq, onkoloji xəstəliklərin profilaktikası və müalicəsi ilə məşğul olan bütün fiziki və hüquqi şəxslərə şamil ediləcəkdir. Qanun layihəsində bədxassəli şişlərdən əziyyət çəkən şəxslərə dövlət təminatlı yardımın göstərilməsi, onların dispanserləşdirilməsi, müayinə, müalicə və reabilitasiyası, onkoloji xidmət strukturlarının yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsi, onkoloji xəstəliklərin azaldılmasına yönəldilmiş profilaktik tədbirlərin həyata keçirilməsi və s. müddəalar əksini tapmışdır.
Sonra “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun tətbiqi ilə əlaqədar “Yaşayış minimumu haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsi barədə” qanun layihəsinə baxılmışdır.
Sonda, deputatların rəy və təklifləri nəzərə alınmaqla, hər iki qanun layihəsinin təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.