İQTİSADİYYAT


OPEC: Neft tələbatının 2040-cı ilə kimi sutkada 111,7 milyon barrelədək yüksəliş trendi davam edir

Bakı, 5 oktyabr, Nihad Budaqov, AZƏRTAC 

Qlobal neft tələbatı 2040-cı ilədək gündəlik 111,7 milyon barrel səviyyəsinə qədər yüksəliş trendini davam etdirir.

AZƏRTAC OPEC-ə istinadla xəbər verir ki, bu sözləri Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo Moskvada keçirilən “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumda deyib. O, OPEC-in 2018-ci il üzrə “World Oil Outlook” hesabatının əhəmiyyətindən bəhs edib: “Qlobal neft tələbatı 2040-cı ilədək sutkalıq 111,7 milyon barrel səviyyəsinə qədər yüksəliş trendini davam etdirir. Gələcək tələbatı ödəmək üçün bütün enerji növlərinə tələbat olacaq”.

Qeyd edək ki, sentyabrın 23-də Əlcəzairdə keçirilən OPEC və qeyri-OPEC ölkələrinin (OPEC+) Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) X iclası çərçivəsində OPEC-in 2018-ci il üzrə “World Oil Outlook” hesabatı təqdim olunub. Həmçinin ilk dəfə “World Oil Outlook” hesabatı üçün “Smart APP” təqdim edilib. Bu applikasiya nəşrin təhlili və enerji məlumatlarını daha rahat əldə etmək imkanı yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.