İQTİSADİYYAT


OPEC-in sazişinə Nigeriya da qoşula bilər

Bakı, 22 sentyabr, Nihad Budaqov, AZƏRTAC 

Nigeriya Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələr ilə əldə edilən neft hasilatının azaldılması üzrə sazişə gələn il mart ayının sonunadək qoşula bilər.

AZƏRTAC “bloomberg.com”a istinadla xəbər verir ki, bu barədə Nigeriyanın neft naziri Emmanuel İbe Kaçikvu deyib.

E.İ.Kaçikvunun sözlərinə görə, Nigeriya neft istehsalı gündəlik 1,8 milyon barrel - stabil həddə çatdıqdan sonra OPEC-in sazişinə qoşula bilər. Nazir qeyd edib ki, ölkədə neft istehsalının həcmi dəyişkəndir.

OPEC-in hesabatına görə, Nigeriya avqustda gündəlik neft hasilatını 138 min barrel artıraraq 1,86 milyon barrelə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.