CƏMİYYƏT


Oduncaq tədarükü davam edir

Bakı, 12 sentyabr, AZƏRTAC 

Qazlaşdırılmamış ucqar dağ kəndlərinin odun yanacağı ilə təmin olunması üçün planlaşdırılan oduncağın tədarükü davam edir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirinin müşaviri Xəlil Ramazanov deyib.

Onun sözlərinə görə, regional meşə təsərrüfatı mərkəzləri hər bir bölgə üzrə tədarük olunan odunun dəyərinin ödənilməsi şərtilə təyin edilmiş ünvanlarda odun satışını həyata keçirir. Tədarük olunmuş oduncaq ilk növbədə qazlaşdırma işləri başa çatdırılmamış yüksək dağlıq ərazilərdə yaşayan əhaliyə verilir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi ehtiyacı olan vətəndaşlara odun əldə etmək üçün qış aylarını gözləmədən Zaqatala, Şəki, Qəbələ, İsmayıllı, Quba, Şabran, Masallı, Lənkəran, Tovuz, Şəmkir və Göygöl Regional Meşə Təsərrüfatı mərkəzlərinə müraciət etməyi məsləhət görür. Bu işdə yerli icra nümayəndəliklərinin və bələdiyyələrin köməyi və dəstəyi də zəruridir. Belə ki, oduna ehtiyacı olanların onlar tərəfindən dəqiq olaraq müəyyənləşdirilməsi çox vacibdir.

Odun yanacağı əldə etmək istəyən vətəndaşlar müraciət, təklif və şikayətlərlə əlaqədar 050-375-40-03 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.