Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Oftalmoloq Vəfa Məmmədova: Monitorlardan düzgün istifadə etməmək görmənin zəifləməsinə səbəb ola bilər

Oftalmoloq Vəfa Məmmədova: Monitorlardan düzgün istifadə etməmək görmənin zəifləməsinə səbəb ola bilər

Bakı, 5 iyun, AZƏRTAC

Gözlər orqanizmin ən təsirli və cazibədar hissələrindən biridir, onu bəzən “qəlbin aynası” da adlandırırlar. Aristotelin təbirincə, göz təbiətin mahiyyətini saxlamağa imkan verən və bizə daha çox məmnunluq gətirən hiss orqanıdır.

İnsan gözündə 107 milyona yaxın hüceyrə var. Gözlər saniyədə 50 əşyaya fokuslana bilirlər. Gözdə əmələ gələn görüntünün ən kiçik hissəsini-ən kiçik vahidini piksellə ifadə edirlər. Piksellərin sayı nə qədər çoxdursa, əsl görüntü barəsində informasiya da o qədər dəqiq olur.

Mövcud göz xəstəlikləri, bu orqanın qorunması və görmə qabiliyyətinin saxlanılması haqqında AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin (ATU) oftalmologiya kafedrasının tədris hissə müdiri, tibb üzrə fəlsəfə doktoru Vəfa Məmmədova məlumat verib.

- Son vaxtlar eynəkdən istifadə edənlərin sayı xeyli artıb. Sizcə bunun səbəbi nədir?

-Əvvəla onu qeyd edim ki, aydın görmənin uzaq nöqtəsi sonsuzluqda yerləşir. Yəni sağlam gözün görmə potensialı yüksək olmalıdır. Hətta belə bir tarixi fakt var ki, Çində yaşayan elə qəbilələr olub ki, Yupiterin peyklərini saya biləcək fenomenal görmə qabiliyyətinə malik olublar.

Müxtəlif dövrlərə görə göz xəstəliklərinin aktuallığı da dəyişib. Son illərdə məktəbli, yeniyetmə, gənclər və uşaqlar arasında kliniki refraksiya pozuntularına - ametropiyanın növlərinə, yəni miopiya, hipermetropiya, astiqmatizm kimi xəstəliklərə daha çox rast gəlinir. Həmin görmə qüsurlarının aradan qaldırılmasının bir üsulu da optik eynəklərdir. Son vaxtlar bağça, məktəb, ali təhsil ocaqlarında eynəkdən istifadə edən uşaqlara tez-tez rast gəlirik.

- Əlbəttə ki, bunların xeyli bir qismi dövrün, zamanın həyatımıza gətirdiyi məsələlərdir...

- Monitorlar, mobil telefonlar, planşetlər, smartfonlar həyat və məişətimizə texniki üstünlüklər qazandırmaqla yanaşı insan sağlamlığına, başlıca olaraq görmə orqanına təsirsiz ötüşmür. Belə ki, kompüterdən mütəmadi və uzun zaman istifadə etdikdə oradan düşən infraqırmızı, yumşaq rentgen şüaları təxminən 55-60 faiz hallarda gözdə problemlər yaradır. Belə ki, görmənin astenopiyası (yaxın məsafədə olan əşyalara uzun müddət baxdıqda gözlərdə yorğunluq) dediyimiz hal öz növbəsində miopiyaya (uzaqgörmə itiliyinin zəifləməsi) gətirib çıxarır.

Uzun zaman kompüter arxasında işləmə orqanizm tərəfindən yuxusuzluq, başgicəllənmə, əzginlik, ümumi iş qabiliyyətinin azalması, hipodinamiya kimi hallara və gözlər tərəfindən qızartı, yorğunluq- görmənin astenopatiyası , göz quruluğu sindromuna səbəb ola bilər.

Kompüter arxasında uzun zaman işləmək məcburiyyətində qalanlara hər 20 dəqiqədən bir 20 dəqiqəlik, yaxud 40 dəqiqə işləyib 20 dəqiqə fasilə vermək tövsiyə olunur. Təəssüf ki, bu qaydaya əməl edənlər ya heç yoxdur, ya da çox azdır.

Bəzən valideynlər öz işlərini rahat icra etmək xatirinə kiçik yaşlı uşaqlara başlarının qarışması üçün telefon verirlər. Bu isə azyaşlı uşaqlarda görmə problemləri yaradır və zəif görməyə səbəb olur. İnsan gözü həm yaxına, həm də uzağa baxmalıdır. Lakin biz gündəlik iş rejimində uzağa və yaxına baxmanı növbələşdirə bilmirik. Həmçinin ətrafda hündürmərtəbəli binaların çoxluğu da uzağa baxmağımızı məhdudlaşdırır.

-Hazırda göz xəstəlikləri içərisində ən geniş yayılanları hansılardır?

-Hazırda dünyada el arasında qarasu adı ilə tanınan qlaukoma xəstəliyindən 2.5 milyona yaxın əziyyət çəkən insan var. Həmin xəstəlik göz patologiyaları arasında korluqla nəticələnən problemlər arasında birinci yeri tutur. Qlaukoma göz kökündə olan görmə sinirinin məhv olması ilə nəticələnir və onun bərpası xeyli çətindir. Lakin xəstəliyin müalicəsi hansı mərhələdə həkimə müraciət edildiyindən çox asılıdır. Xəstə nə qədər erkən mütəxəssisə müraciət edərsə, görmə qabiliyyəti də bir o qədər daha yüksək saxlanıla bilər. Diabetik retinopatiyalar görmə qabiliyyətinin bu və ya digər şəkildə itməsinin əsas səbəbləri sırasındadır. Onların müalicəsində son vaxtlar irəliyə doğru xeyli addımlar atılıb.

Katarakta geniş yayılmış xəstəliklər sırasındadır. İnsanların orta ömür həddinin uzanması nəticəsində qocalıq kataraktasına daha tez-tez rast gəlinir. Həmin xəstəlik yaşı 65-dən yuxarı olanlar arasında daha çox izlənilir.

-Təbii ki, ətrafı rəngli görürük. Bəs rənglərin təsiri haqqında nə deyə bilərsiniz?

-Vaxtilə məşhur alman şairi və alimi V.Höte deyirdi ki, qırmızı rənglər qrupu insanın ruhunu canlandırır, sevinc hissi yaradır, yaşıl rəngin çalarları sinir sistemini sakitləşdirir. Göy və bənövşəyi rənglər isə insanı kədərləndirir, narıncı rəng aclıq hissi oyadır və s. Təsadüfi deyil ki, yaşıl rəngdə olan meşə, düz və çəmənlərdə insanın ruhu dincəlir. Ona görə də yaşıl rəngə baxmaq insanın sinir sistemini sakitləşdirir.

-Görmə qabiliyyətinin yaxşılaşması üçün həkim məsləhəti olmadan hansı sadə üsullardan istifadə etmək olar?

-Min illərin sınağından çıxmış bal təbii vasitə kimi gözün bir sıra xəstəlikləri zamanı olduqca müsbət təsir göstərir . Yaşla əlaqədar kataraktalarda təmiz balı göz qapaqlarına çəkmək olar. Lakin gözün daxili qişalarında heç bir qızartı olmamalıdır. Təəssüf ki, ekoloji dəyişikliklər, ətrafda olan infeksiyalar bəzən bu faydalı üsulun da təsirini azaldır. A vitamini ilə zəngin olduğuna görə kərə yağını xırda hissələrə bölüb dondurduqdan sonra həb kimi qəbul etmək də gözün qidalanmasına xidmət edir. Gözə itdirsəyi çıxanda bişmiş, pörtlədilmiş kələm yarpağı, hətta adi bağayarpağının yuyulub gözün üzərinə qoyulması da onun tez sağalmasına səbəb olur. Milli mətbəximizdə çox istifadə olunan zəfərandan bol -bol istifadə etmək də xeyirlidir, onun tərkibində gözün torlu qişasına faydalı olan selen mikro elementi var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir YENİLƏNƏCƏK

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub