İDMAN


Oğlanlar arasında florbol üzrə yoxlama yarışları keçiriləcək

Oğlanlar arasında florbol üzrə yoxlama yarışları keçiriləcək

Bakı, 13 aprel, AZƏRTAC

Aprelin 13-də Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə oğlanlar arasında florbol üzrə hazırlıq və yoxlama yarışları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksinin açıq hava meydançasında təşkil ediləcək turnirə 12 komanda qatılacaq. Yarışlar xüsusi internat, tam və inklüziv orta məktəblərdən və sosial müəssisə şagirdlərindən, məzunlarından, eyni zamanda ailələrdən olan oğlanlar arasında “UNIFIED Sports” (İnklüziv birləşmiş idman komandası) proqramına uyğun keçiriləcək. Turnirdə 100-ə yaxın atlet iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.