REGİONLAR


Oğuz rayonunun mərkəzi GPON şəbəkəsi ilə tam təmin olunub

Oğuz rayonunun mərkəzi GPON şəbəkəsi ilə tam təmin olunub

Oğuz, 31 mart, Mustafa Dadaşov, AZƏRTAC

“Aztelekom” MMC-nin Şimal-Qərb Regional filialının ərazisində “Onlayn Azərbaycan” layihəsi çərçivəsində GPON şəbəkəsinin tikintisi işləri davam etdirilir.

Görülən işlər barədə məlumat verən Regional filialın müdiri Həsən Ömərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Oğuz rayonunun mərkəzi artıq GPON şəbəkəsi ilə tam təmin olunub. Şimal-qərb regionuna daxil olan Zaqatala, Balakən, Qax və Şəkinin rayon mərkəzlərində, eyni zamanda, Oğuz rayonunun kəndlərində də işlər davam etdirilir. Ümumiyyətlə, hazırda region üzrə 6 min abonent GPON texnologiyasının xidmətlərindən istifadə edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.