Ölkə çempionatı: “Azəryol” və “Qarabağ”dan ardıcıl qələbələr
AzerTAg.az
Bakı, 18 yanvar, AZƏRTAC
Qısa fasilədən sonra qadın həndbolçuların Azərbaycan çempionatında mübarizəsi davam edir.
AZƏRTAC xəbər verir ki, “AHF Arena”da keçirilən yeddinci turun ilk matçında “Azəryol” “U-16” komandasına göz açmağa imkan verməyib. Rəqiblər arasındakı səviyyə fərqi hesabda da əksini tapıb - 51:13. “Azərsu”–“Qarabağ” görüşündə də nominal qonaqlar inamlı qələbə qazanıblar. “Qarabağ”ın tam üstünlüyü şəraitində keçən qarşılaşma 59:12 hesabı ilə nəticələnib.
Çempionatın səkkizinci turunda da favoritlər inamlı qələbə ilə azarkeşlərini sevindiriblər. “Qarabağ” “Azərsu”nu 54:15, “Azəryol” isə “U-16”nı 50:17 hesabı ilə məğlub edib.
Hesabına 18-ci xalı yazdıran “Azəryol” çempionatın lideridir. “İdman Akademiyası” ilə “Qarabağ”ın hərəyə 12 xalı var. “Azərsu” 6 xalla dördüncüdür. “U-16” hələ də xal qazana bilməyib.
Növbəti turun oyunları yanvarın 21-də olacaq.










Xəbərin mətnində orfoqrafik səhv var