CƏMİYYƏT
Ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb
Bakı, 24 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar.
Departamentdən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsində, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının atılmasında yol verilmiş qanun pozuntularına görə 181 akt və protokol tərtib edilib, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 32 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə 30 iş üzrə 23650 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 13 iş üzrə 12409,93 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 135 iş üzrə 33831,55 manat məbləğində ödəmə tətbiq olunub. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 17, icra qurumlarına 12, məhkəmələrə 6 iş göndərilib.