İQTİSADİYYAT


Ölkədən göndərilən bəzi neft-qaz məhsullarının həcmi və dəyəri açıqlanıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Yanvar-iyul aylarında Azərbaycandan dəyəri 80 milyon 410,9 min ABŞ dolları olan 131,6 min ton reaktiv mühərriklər və digər məqsədlər üçün istifadə olunan kerosin ixrac edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, 7 ayda ölkədən, həmçinin 222 milyon 675,4 min dollarlıq 465,7 min ton ağır destilyatlar və ya digər məqsədlər üçün qazoyllar, 9 milyon 322,2 min dollarlıq 41 min 821,9 ton maye qaz, 14 milyon 775,8 min dollarlıq 148,5 min ton neft koksu göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.