ELM VƏ TƏHSİL


Ölkəmizdə peşə təhsilinin inkişafı istiqamətində tədbirlər həyata keçirilir

Bakı, 11 yanvar, AZƏRTAC 

Ötən tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində paytaxt məktəblərində peşə təhsili üzrə məsul şəxslər təyin edilib.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, 315 məsul şəxsin iştirakı ilə “Peşəyönümü işinin təşkili: peşə təhsilinin təbliği” mövzusunda seminar keçirilib.

Qeyd edək ki, ümumilikdə 55 peşə təhsili müəssisəsinin bazasında müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış 24 Peşə Təhsil Mərkəzi yaradılıb. 2018-2019-cu tədris ilində 15 mindən çox tələbə “ASAN Peşə” layihəsi çərçivəsində peşə təhsili müəssisələrinə qəbul olunub. Keçən il, həmçinin Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzinin açılışı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.