REGİONLAR


Ölkənin müxtəlif bölgələrindən olan sahibkarların sualları onlayn şəkildə cavablandırılıb

Gəncə, 26 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Gəncə Gənclər Evində sahibkarlar üçün korporativ idarəetmə və onun şirkətin səmərəli fəaliyyətində rolu, daxili bazar araşdırmaları və investisiya təşviqi sənədi mövzularında onlayn maarifləndirmə seminarı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən onlayn tədbirdə İqtisadiyyat Nazirliyi və KOBİA-nın nümayəndələri müvafiq mövzular üzrə sahibkarları məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.

Agentliyin ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları onlayn tədbirə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstərib.

Ölkənin müxtəlif yerlərindən olan sahibkarlar seminara internet vasitəsilə qoşulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.