YUBİLEY TƏBRİKLƏRİ
Oman Xəbər Agentliyinin baş direktoru, Ərəb Xəbər Agentlikləri Federasiyasının prezidenti
Məhəmməd Əl-Əraimi
Hörmətli həmkar, Azərbaycan İnformasiya Agentliyinin İdarə Heyətinin Sədri Aslan Aslanov,
Qərəzsiz informasiyanın yayılmasında müsbət rol oynayan, dolğun və düzgün məlumat əldə etmək üçün etibarlı agentliklər sırasında layiqli yer tutan AZƏRTAc-ın yaranmasının 100 illik yubileyi münasibətilə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Agentliyinizin ərəb dünyasını maraqlandıran bir çox məsələrlə bağlı sərgilədiyi nəcib münasibəti çox gözəl bilirik. Agentliyiniz, həmçinin ərəb xəbər agentlikləri ilə çox geniş əməkdaşlıq münasibətləri qurub. Sizi əmin edirik ki, biz öz tərəfimizdən bu əməkdaşlığı genişləndirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Fürsətdən istifadə edib sizi bir daha təbrik edir, Sizə və agentliyinizin bütün əməkdaşlarına tərəqqi və firavanlıq diləyirik.