YUBİLEY TƏBRİKLƏRİ
Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının vitse-prezidenti
Mixail Qusman

Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın yüzilliyi bütün informasiya məkanı üçün xüsusi əlamətdar hadisədir. Mən məhz dünya informasiya məkanından danışıram, çünki AZƏRTAC Azərbaycanın aparıcı informasiya agentliyi kimi, dünyanın aparıcı informasiya agentlikləri arasında özünün möhkəm, sabit və nüfuzlu yerini artıq çoxdan və əsaslı şəkildə tutub. Bakıda Dünya İnformasiya Agentlikləri Konqresinin məhz AZƏRTAC-ın təşkilatçılığı ilə keçirilməsi bunu təsdiqləyir. Dünya İnformasiya Agentlikləri Şurasına da məhz AZƏRTAC-ın rəhbəri - Aslan Əhməd oğlu Aslanov başçılıq edib. AZƏRTAC, onun İdarə Heyətinin sədri Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına da başçılıq edib. Bütün bunlar AZƏRTAC-ın bütün dünyada yüksək nüfuz qazandığına və həmkarlarının ona böyük hörmət bəslədiyinə dəlalət edir.
Deməliyəm ki, AZƏRTAC ənənəsi hər halda yüzillik tarixdir və bu tarix ötən əsrin əvvəlinə aparır. Azərbaycanın informasiya işçiləri uzun illər böyük Sovet İttifaqının vahid informasiya məkanında yaşayıblar. O zamanlar agentlik AzərTA, Azərinform adlanırdı. Hələ o vaxt bu agentlikdə təcrübəli jurnalistlər, bütün sahələrdə - həm xəbər jurnalistikasında, həm reportaj jurnalistikasında, həm də fotoxronikada əsl peşəkarlar, gözəl mütəxəssislər çalışırdı. AzərTA-nın, Azərinformun, müasir AZƏRTAC-ın fəaliyyət göstərdiyi uzun illər ərzində Azərbaycanın fotomüxbirləri böyük beynəlxalq müsabiqələrdə fəxri yerlər tutublar.
Mən böyük dostum Aslan Əhməd oğlu Aslanovu şəxsən təbrik etməyə şadam. Onun başçılıq etdiyi bugünkü AZƏRTAC komandası haqqında xüsusi danışmaq istərdim. Çünki informasiya işi, informasiya agentliyinin işi komanda işidir. Burada hər kəs öz sahəsinə cavabdehdir. Bu informasiya gəmisinin kapitanı Aslan Aslanovdur və o, agentliyi dünyanı təlatümə gətirən müxtəlif növ informasiyaların çox mürəkkəb rifləri içərisindən inamla aparır. Mən AZƏRTAC-dakı dostlarıma, həmkarlarıma ürəkdən yeni-yeni nailiyyətlər, yeni-yeni layihələr, gözəl işlər arzu edirəm. Bu gün AZƏRTAC-ın fəxr ediləsi uğurları çoxdur. Çünki onun əməkdaşları gözəl ölkədə çalışırlar və bu ölkə barədə yaza biləcəkləri mətləblər çoxdur. Onların inamla və layiqli şəkildə danışa biləcəkləri nailiyyətlər çoxdur.
Hamınızı təbrik edirəm, həmkarlar!