Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edir ŞƏRH

Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edir  ŞƏRH

Bakı, 4 iyun, AZƏRTAC

İyunun 1-dən başlayaraq Bakı növbəti mötəbər tədbirə ev sahibliyi edir. “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”u bu dəfə paytaxtımızda 46 ölkədən 270-dən çox şirkəti bir araya gətirib. Ötən illə müqayisədə iştirakçı dövlətlərin və şirkətlərin sayının artması Azərbaycanın beynəlxalq enerji müzakirələrində aparıcı rolunu, o cümlədən respublikamızın neft-qaz və bərpaolunan enerji sektoruna dünyada artan marağı əks etdirir. 1994-cü ildən başlayaraq Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi kimi keçirilən, ildən-ilə böyüyən və əhatə dairəsini daha da genişləndirən “Bakı Enerji Həftəsi” qlobal diqqəti enerji məsələlərinə yönəldən nüfuzlu dialoq və əməkdaşlıq platformalarından biridir. Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi Xəzər Neft və Qaz Sərgisi vaxt ötdükcə dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan “Bakı Enerji Həftəsi” adlanır. Azərbaycanın mükəmməl enerji diplomatiyasının mühüm göstəricilərindən olan bu platforma 30 ildən artıqdır ki, dövlət başçılarını, nazirləri, qlobal enerji şirkətlərini, investorları və sənaye mütəxəssislərini enerji sənayesinin gələcəyini formalaşdıran əsas prioritetləri müzakirə etmək üçün bir araya gətirir. Burada neft-qaz və bərpaolunan enerji sahəsində yeni tərəfdaşlıqların təməlləri qoyulur, əməkdaşlıq razılaşmaları əldə olunur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Xanlar Fətiyev deyib.

O bildirib ki, Prezident İlham Əliyev nitqində respublikamızın enerji siyasəti, inkişaf göstəriciləri və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrlə bağlı mühüm məqamlara toxundu. Dövlətimizin başçısının tarixi ardıcıllıqla diqqətə çatdırdığı məqamlar bir daha göstərdi ki, Ulu Öndər Heydər Əliyevin vaxtilə əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi enerji siyasəti həm respublikamızın yüksəlişini təmin edib, həm də respublikamızı beynəlxalq enerji müzakirələrinin söz sahibi olan iştirakçısına çevirib. Bu baxımdan Azərbaycanın inkişafı və qlobal siyasi uğurları neft və qazdan gələn gəlirlərin səmərəli istifadəsinə dair ən mükəmməl nümunələrdir. Ötən 20 ildən artıq müddətdə Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı, yoxsulluq və işsizliyin minimal səviyyəyə düşməsi, regionların yüksəlişi, xarici borcumuzun ümumi daxili məhsulun olduqca az bir hissəsini əhatə etməsi, strateji ehtiyatlarımızın xarici borcu 18 dəfədən çox üstələməsi, insan kapitalının inkişafı neft gəlirlərindən səmərəli istifadənin nəticələridir. Eyni zamanda, neftdən gələn gəlirlər Azərbaycan Silahlı Qüvvələrinin modernləşməsində, onun döyüş qabiliyyətinin artırılmasında, hərbi sənayenin inkişafında mühüm rol oynamaqla, torpaqlarımızın işğaldan azad edilməsinə böyük töhfələr verdi. Bütövlükdə, ötən dövrdə Azərbaycanın enerji sferasında həyata keçirdiyi hər bir layihə, ərsəyə gəlməsini təmin etdiyi hər bir neft-qaz kəməri respublikamızın qətiyyətli siyasətinin təzahürüdür.

Deputat qeyd edib ki, Azərbaycanın təşəbbüsləri ilə reallaşan neft-qaz kəmərləri həm də Avropanın enerji təhlükəsizliyini təmin edir. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi neft-qaz kəmərləri Xəzərin karbohidrogen ehtiyatlarını yalnız dünya bazarlarına çıxarmır. Bu infrastrukturlar həm də son illərdə enerji təhlükəsizliyi sahəsində mühüm çağırışlarla üzləşən Avropa dövlətlərini neft və qazla təmin edir. Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Ötən ilin ortalarına qədər 12 dövlət Azərbaycandan təbii qaz alırdı. Hazırda isə həmin dövlətlərin sayı 16-ya çatıb və onlardan 10-u Avropa İttifaqının üzvüdür.

Xanlar Fətiyev onu da deyib ki, son dövrlərin əsas qlobal çağırışlarından biri də yaşıl enerjiyə keçiddir. Bu çağırışları vaxtında dəyərləndirən Azərbaycan yaşıl enerjiyə sürətli transformasiya edir. “Bakı Enerji Həftəsi” çərçivəsində Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisinin 14-cü dəfə keçirilməsi də Azərbaycanda yaşıl enerjiyə keçid məsələsinin heç də yenilik olmadığını göstərir. Son illərdə respublikamızda 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası, 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyası istifadəyə verilib. Qarabağda və Şərqi Zəngəzurda istifadəyə verilən su elektrik stansiyalarının gücü 300 meqavatdan çoxdur. Bütün bunlar göstərir ki, Azərbaycan tezliklə Avropaya həm də elektrik enerjisi ixrac edəcək. Prezident İlham Əliyev nitqində bununla bağlı bəzi məqamları da diqqətə çatdırdı. Belə ki, Azərbaycandan Avropaya elektrik enerjisini ötürəcək “Qara dəniz Enerji Kabeli” layihəsinin texniki-iqtisadi əsaslandırma mərhələsi artıq yekunlaşmaq üzrədir. Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi də hazırda icra mərhələsindədir. Həmçinin Xəzərin şərq sahillərindən Azərbaycana uzanacaq yaşıl enerji kabeli layihəsi üzərində də iş gedir. Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimindəki çıxışı Azərbaycanın düşünülmüş və milli maraqları qətiyyətlə təmin edən enerji siyasətinin növbəti təqdimatı oldu. Hazırda icra olunan layihələr, o cümlədən bərpaolunan enerjiyə sürətli transformasiya göstərir ki, qarşıda respublikamızı bu istiqamətdə növbəti uğurlar gözləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib