YUBİLEY TƏBRİKLƏRİ
Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri
Dmitri Savelyev
AZƏRTAC-ın İdarə Heyətinin sədri
Aslan Əhməd oğlu Aslanova
Əziz dostlar!
İnformasiya agentliyinizin 100 illik yubileyi münasibətilə səmimi təbriklərimi qəbul edin.
Bir əsrlik fəaliyyəti dövründə AZƏRTAC-ın adı məsuliyyətli, yaradıcı, öz işinə sədaqətli, yüksək səviyyəli mütəxəssislərdən ibarət peşəkar kollektivin brendinə çevrilib. Həm Azərbaycanda, həm də bütün dünyada bu insanlara etimad bəsləyənlərin sayı ilbəil artmaqdadır. Siz öz auditoriyanıza ən çox tələbat olan informasiya verir, ictimai rəyi formalaşdırır, öz həmvətənlərinizin vətəndaş mövqeyini əks etdirirsiniz. Siz Azərbaycan və Rusiya cəmiyyətlərinin daimi dialoqunun ayrılmaz hissəsi kimi, bizim ümumi informasiya məkanımızı formalaşdırırsınız. Hər iki qardaş ölkə üçün son dərəcə vacib olan işinizdə sizə səmimi qəlbdən yeni uğurlar diləyirəm. Qoy, sizin hər sözünüz ümumi rifahımıza xidmət etsin. Sizə və yaxınlarınıza cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram.
Hörmətlə,
Dmitri Savelyev
RF Dövlət Dumasının deputatı,
Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri