YUBİLEY TƏBRİKLƏRİ
Almaniyanın DPA agentliyinin baş icraçı direktoru, Avropa Xəbər Agentlikləri Alyansının prezidenti
Piter Kropş
-Hörmətli Aslan Aslanov, hörmətli AZƏRTAC-dan olan həmkarlar, Almaniyanın DPA agentliyi adından AZƏRTAC-ı 100 illik yubileyi münasibətilə təbrik edirəm. Bilirsiniz ki, xəbər agentliyinin jurnalist fəaliyyəti müasir cəmiyyətlərin ünsiyyət mədəniyyətinə və ümumilikdə, demokratiyaya böyük təsir göstərir. AZƏRTAC uzun illərdir ki, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) üzvüdür və biz hamımız agentliyinizin öz xidmətlərini və jurnalist standartlarını təkmilləşdirmək üçün daim səy göstərdiyini görürük. Ancaq belə bir əlamətdar yubiley təkcə geriyə baxıb əldə olunan nailiyyətlərlə fəxr hissi keçirmək üçün deyil, həm də gələcəyə inamla baxmaq üçün bir fürsətdir. Hamınızı bir daha təbrik edirəm və sizinlə birgə işləməyi davam etdirəcəyimizi bildirirəm. Hamburqdan və Berlindən sizə salamlar!