Media: Tayvan gəmi əleyhinə raket arsenalını 1,8 minə çatdırmağı planlaşdırır
Bakı, 4 iyun, AZƏRTAC
Tayvan 2029-cu ilin əvvəlinədək gəmi əleyhinə raket arsenalını 1,8 minə çatdırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyi bu barədə Tayvanın hərbi və hökumət mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, ada artıq ABŞ istehsalı olan 450 ədəd “Harpoon” gəmi əleyhinə raketi alıb. Cari ildə daha 400 qanadlı raketin tədarükü üçün 2,4 milyard dollarlıq saziş imzalanıb. Həmin raketlərin 2029-cu il martın sonunadək Tayvanın arsenalına daxil olacağı gözlənilir. Beləliklə, 2029-cu ilin əvvəlində Tayvanın sərəncamında ümumilikdə 850 ABŞ istehsallı “Harpoon” raketi olacaq. Bununla yanaşı, adanın Müdafiə Nazirliyi yerli istehsal olan “Hsiung Feng II” və “Hsiung Feng III” tipli mindən çox gəmi əleyhinə raket əldə etməyi planlaşdırır.
Həmçinin Tayvanın hakimiyyət orqanları iyulun 1-dən etibarən radiolokasiya sistemlərini, pilotsuz uçuş aparatlarını və gəmi əleyhinə raket bölmələrini vahid komandanlıq altında birləşdirəcək yeni struktur yaratmağı düşünür.
Qeyd edək ki, ABŞ Tayvanın əsas silah təchizatçısıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]