Beyləqanda 4 mindən çox şəxs tibbi müayinədən keçirilib
Bakı, 21 sentyabr, AZƏRTAC
“Paşa Holding”in və Səhiyyə Nazirliyinin birgə təşəbbüsü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Beyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi, “ALL Medical” şirkətinin icraçılığı ilə həyata keçirilən Fərqindəlik Layihəsinin “Erkən müayinə can qurtarır!” aksiyası Beyləqan rayonunda keçirilib.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aksiyanın əsas məqsədi əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanmasının əhəmiyyəti barədə maarifləndirmənin artırılması və sakinləri vaxtında tibbi müayinələrdən keçməyə təşviq etməkdir.
Aksiya çərçivəsində ümumilikdə 4188 nəfər tibbi müayinədən keçirilib. Müayinələr zamanı diabet aşkarlanan 25 nəfər qanda şəkərin müntəzəm monitorinqini həyata keçirmək üçün qlükometr (şəkərölçmə cihazı) ilə təmin edilib. Eyni zamanda, 7 şəhid və qazi ailəsinə də qanda şəkərin müntəzəm monitorinqi üçün qlükometr (şəkərölçmə cihazı) təqdim olunub.
Sakinlərə tibbi müayinələrin əhəmiyyəti barədə məlumat verilib və sağlamlıq vəziyyətinə vaxtında nəzarət etməyin vacibliyi vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:29]
Ötən həftə 269 mina və 745 partlamamış digər hərbi sursat zərərsizləşdirilib
- 21.09.2026 [14:58]
Qarabağ Universitetinə dəstək mexanizmləri genişləndirilir
- 21.09.2026 [14:28]