Belçika-Azərbaycan Forumunun birinci iclası Brüsseldə təşkil olunub
Brüssel, 4 iyun, AZƏRTAC
Brüssel şəhərində Belçika-Azərbaycan Forumunun ilk iclası keçirilib. Forumda Belçikanın və Azərbaycanın ali təhsil, tədqiqat, mədəniyyət, humanitar, media, vətəndaş cəmiyyəti və dini qurumlarının, təşkilatlarının nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində iştirakçılar öz peşə sahələri və prioritetləri barədə danışıb, gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Qeyd olunub ki, Belçika-Azərbaycan Forumu iki ölkənin ictimaiyyəti arasında əlaqələrin inkişafına həsr olunmuş təşəbbüsdür. Bu əlaqələrin əsas məqsədi iki ölkə arasında uzunmüddətli və sistemli əməkdaşlığın formalaşdırılması üçün zəmin yaratmaqdır.
İlk iclasın uğurla keçdiyini nəzərə alan Forum iştirakçıları növbəti iclasın cari ilin sonunda keçirilməsini qərara alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lerikdə zəlzələ olub
- [11:51]
Slovakiyada 27 Sentyabr – Anım Günü qeyd olunub
- 26.09.2026 [23:51]
Naxçıvanda ər arvadını və baldızını bıçaqlayıb
- 26.09.2026 [22:36]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:14]
Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB
- 26.09.2026 [22:00]