İQTİSADİYYAT


Ötən ay 11,8 milyon manatlıq kompüter, elektron və optik məhsullar istehsal edilib

Bakı, 19 fevral, AZƏRTAC

Cari ilin yanvar ayında kompüter, elektron və optik məhsulların istehsalı azalıb.

AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, ay ərzində kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 11,8 milyon manatlıq məhsul istehsal olunub. 2020-ci ilin müvafiq ayı ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 53,4 faiz azalıb, elektrik avadanlıqlarının istehsalı isə 93,6 faiz artıb.

Hesabat dövründə ötən ilin yanvar ayına nisbətən avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 96,4 faiz, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı 50 faiz azalıb, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 24,4 faiz, 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı isə 59,1 faiz çoxalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.