İQTİSADİYYAT
Ötən ay OPEC-in gündəlik neft hasilatı 26 milyon barelə yüksəlib
Bakı, 15 iyul, AZƏRTAC
İyun ayında Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) sutkalıq xam neft istehsalı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, keçən ay OPEC üzrə neft istehsalı aprellə müqayisədə 590 min barel artaraq sutkada 26 milyon barel təşkil edib. OPEC-in dünya neft hasilatındakı payı isə 0,2 faiz azalaraq 27,6 faiz olub.
Ötən ay kartel üzrə neft istehsalını ən çox artıran ölkə Səudiyyə Ərəbistanı olub. Bu ölkənin gündəlik hasilatı əvvəlki aya görə 425 min barel artıb.
Ay ərzində OPEC-ə üzv ölkələrdən neft istehsalı ən çox İraqda azalıb. Belə ki, ölkədə sutkalıq hasilat 10 min barel geriləyib.
İyunda dünyadakı qazma qurğularının sayı mayla müqayisədə 63 ədəd artaraq 1433 olub. Həmin qurğuların 354-ü OPEC-ə üzv ölkələrdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]