CƏMİYYƏT


Ötən gün karantin postlarından keçmək istəyən 466 avtomobil geri qaytarılıb

Bakı, 23 iyun, AZƏRTAC 

Xüsusi karantin rejiminin sərtləşdirildiyi inzibati ərazilərin sərhədlərində yerləşən karantin postlarında iyunun 22-də aparılan yoxlamalar zamanı 175-i paytaxt, 291-i isə rayon istiqamətinə olmaqla 466 avtomobil geri qaytarılıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bundan başqa, gün ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 2 nəfər aşkar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.