CƏMİYYƏT


Ötən il 12 minə yaxın vətəndaşa reabilitasiya xidmətləri göstərilib

Bakı, 7 yanvar, AZƏRTAC

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa-müalicə müəssisələrində 12 minə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq reabilitasiya xidmətləri ilə təmin olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 9094 nəfərinə stasionar, qalanlarına isə ambulator xidmətlər göstərilib. Onların sağlamlıqlarının bərpası üçün fizioterapevtik müalicə prosedurları tətbiq edilərək kompleks bərpa-müalicə işləri aparılıb.

Bununla yanaşı, 9284 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq isə nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən protez-ortopedik bərpa xidmətləri ilə təmin edilib. Onlara əlil arabaları, eşitmə aparatları və protez-ortopedik məmulatlardan ibarət olmaqla, ümumilikdə, 35 min 351 reabilitasiya vasitəsi verilib.

Mərkəz tərəfindən 597 nəfərə protezlə hərəkət edilmənin öyrədilməsi, anadangəlmə bəzi qüsur və deformasiyaların, serebral iflicin fəsadlarının azaldılması və s. məqsədilə stasionar şəraitdə reabilitasiya xidmətləri də göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.