CƏMİYYƏT


Ötən il Azərbaycanda 141 min 179 körpə doğulub

Bakı, 14 fevral, AZƏRTAC 

Ötən il Azərbaycanda 141 min 179 körpə doğulub. Bu göstərici əhalinin hər 1000 nəfərinə 2018-ci illə müqayisədə 14,2-dən 14,3-ə qədər artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, körpələrdən 3356-sı əkiz, 108-i üçəm, 8-i isə dördəm doğulanlardır. Əhalinin hər 1000 nəfərinə doğum Dağlıq Şirvan (16,7), Kəlbəcər-Laçın (16,0), Aran (15,6), Quba-Xaçmaz (15,5), Lənkəran (15,4) və Yuxarı Qarabağ (14,6) iqtisadi rayonlarında ölkə səviyyəsindən (14,3) yüksək olub.

Həmçinin bildirilib ki, ötən il ölkədə 55 min 916 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə 2018-ci illə müqayisədə ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.