REGİONLAR
Ötən il Tərtərdə ümumi məhsul buraxılışının həcmi 161 milyon 52,7 min manat olub
Tərtər, 28 fevral, AZƏRTAC
Həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunun da sosial-iqtisadi göstəriciləri yüksəlib, rayon iqtisadiyyatının dinamik inkişafı təmin edilib.
Tərtər Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2019-cu ildə rayonda ümumi məhsul buraxılışının həcmi 161 milyon 52,7 min manat olub. Rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 21 milyon 942,7 min manat təşkil edib ki, onun da 20 milyon 21 min manatı və ya 91,2 faizi tikinti-quraşdırma işlərinə yönəldilib. İl ərzində 4971,1 min manat dəyərində əsas fondlar istifadəyə verilib. Əsas kapitala yönəldilən investisiyaların 1 milyon 582 min manatı bilavasitə rayonun öz yerli sahibkarları tərəfindən iqtisadiyyatın müxtəlif sahələrinə yönəldilib.