REGİONLAR
Ötən il Yardımlıda arıçılara 65 min 230 manat subsidiya verilib
Yardımlı, 14 yanvar, Bağır Əliyev, AZƏRTAC
Son illər Yardımlı rayonunda arıçılığın inkişafına diqqət artırılıb. Ölkəmizdə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat məbləğində subsidiyanın verilməsi rayonda arıçılıqla məşğul olan təsərrüfat sahiblərinin səmərəli fəaliyyət göstərməsi üçün əlverişli şərait yaradıb.
Yardımlı Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu ilin əvvəlinə rayonda 6 min 703 işçi arı ailəsi qeydə alınıb. Bunun 410-u kənd təsərrüfatıyönümlü müəssisələrin, 6 min 293-ü isə əhali təsərrüfatlarının payına düşür.
Ötən il rayonda arıçılara 65 min 230 manat subsidiya verilib. Arıçılıqla məşğul olan mülkiyyətçilərin məlumatları Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə işlənməsi təmin edilib.