DÜNYA


Ötən sutka ərzində dünyada koronavirusa rekord sutkalıq yoluxma qeydə alınıb

Bakı, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 17-də dünyada COVID-19 infeksiyasına rekord sayda – 314 min 732 yoluxma halı qeydə alınıb. Əvvəlki rekord 311 min nəfərin yoluxduğu sentyabrın 11-də müşahidə edilmişdi.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, həmçinin ötən sutka ərzində COVID-19 infeksiyası səbəbindən 5 min 577 nəfər həyatını itirib.

Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirusa yoluxanların sayı 30 milyon 379 min 31 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 951 min 140-a çatıb. Eyni zamanda, 22 milyon 62 min 95 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 7 milyon 365 min 796 xəstədən 61 min 163-nün vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.