SİYASƏT


Özbəkistan Prezidenti Qarabağda hərbi əməliyyatların dayandırılmasına münasibət bildirib

Daşkənd, 10 noyabr, AZƏRTAC

Noyabrın 10-da Şanxay Əməkdaşlıq Təşkilatı Dövlət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə keçirilən iclasda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın işğal olunmuş ərazilərində hərbi əməliyyatların dayandırılmasına münasibət bildirib.

Şavkat Mirziyoyev deyib: “Biz Rusiya Federasiyasının fəal iştirakı ilə Dağlıq Qarabağda və digər münaqişə zonasında tam atəşkəs və hərbi əməliyyatların dayandırılması barədə razılaşmanı dəstəkləyirik”.

O, ümid etdiyini bildirib ki, tezliklə bu regionda dinc həyat və sabitlik bərpa olunacaq.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.